Obama: “Onu bağışlamayacağam!”


Dünya 10 Noy 2018 22:08:00 272 0

Obama: “Onu bağışlamayacağam!”

“Tramp belə düşüncəsiz addımları ilə ailəmi təhlükəyə atdı”

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama bioqrafiyasının yer aldığı "Becoming" kitabının işıq üzü görəcəyi ərəfədə ABC telekanalına müsahibə verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mişel Obama Barak Obama ilə övlad sahibi olmaq üçün yaşadıqları çətinliklərdən də danışıb.

Xanım Obama övlad sahibi olmaq üçün süni mayalanma əməliyyatına müraciət etdiyini də açıqlayıb. Obama kitabında, Çikaqoda böyüdüyü illərdən, irqçiliyə məruz qalmasından və ABŞ-ın ilk qara dərili birinci ledisi olmasından da söz açıb. Kitabda Ağ Ev-də keçən günlərindən danışan Mişel, Donald Trampa olan nifrətini də qeyd edib.

Mişel Trampın illərlə davam edən və Barak Obamanın Amerika vətəndaşlığını şübhə altında qoyan doğum şəhadətnaməsi polemikasını və bunu seçki kompaniyası zamanı vasitə kimi istifadə etdiyini təhlükəli olaraq qiymətləndirib.