Uşaq oyuncağın parçasını udarsa, nə etməli? –


Digərləri 10 Noy 2018 21:45:00 457 0

Uşaq oyuncağın parçasını udarsa, nə etməli? –

Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən biri də evdə baş verən qəzalardır. Bəs bu qəzalar zamanı ilkin yardım olaraq nə etmək olar?

Oyuncaq xəbərdarlığı

Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.

Hündürlükdən yıxılarsa

4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş problemi yaranarsa, mütləq həkimə müraciət edin. 

Nəsə udarsa

Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3 yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir şey giribsə, əl vurmadan həkimə aparın.