Öpüşməklə keçən xəstəliklər


Digərləri 10 Noy 2018 21:35:00 348 0

Öpüşməklə keçən xəstəliklər

Cinsi əlaqə zamanı bir çox xəstəliklərə yoluxma hallarının mümkünlüyü çoxlarına məlumdur. Amma öpüş vasitəsilə hansısa yoluxucu xəstəliyə tutlmağın mümkünlüyü haqda çoxları bilmir.  

Öpüşmə yolu ilə cinsi əlaqə zamanı ötürülən xəstəliklərə yoluxma ehtimalı minimumdur. Amma oral seks zamanı da ağız suyunun selikli qişada olan mikroçatlar vasitəsilə təması nəticəsində bir sıra xəstəliklərə yoluxma ehtimalı var.  

Son.az medicina.az-a istinadən həmin xəstəliklərin siyahısını təqdim edir:

QİÇS - rəsmi olaraq tibb tarixində bir bu cür yoluxma hadisəsi qeydə alınıb. Ona görə də bu xəstəliyin ağız vasitəsilə yoluxması bir qədər şübhə doğurur. Papilloma 2009-cu ildə bu virusun öpüş və oral seks vasitəsilə yoluxduğu təsdiqlənib. Siflis - bu xəstəliyin oral seks vasitəsilə keçməsi faktının mümkünlüyü  rədd edilmir. Amma yoluxma riski ağız və dodaq hissədə yara və çatların olduğu zaman mümkündür.    Süzənək - indiyə qədər tibb tarixində cəmi bir yoluxma qeydə alınıb. Partnyoru süzənək xəstəsi olan qadınln oral seksdən sonra bu xəstəliyə yoluxma şansı çox yüksəkdir.