Uşağa tualet vərdişi bu cür aşılanmalıdır –


Digərləri 10 Noy 2018 21:20:00 272 0

Uşağa tualet vərdişi bu cür aşılanmalıdır –

Uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər. Tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Türkiyəli uşaq həkimi Cem Akbal tualet vərdişi haqqında diqqət edilməsi lazım olan məqamlardan bəhs edib.

Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir. Bunu anlamaq üçün uşağın bəzi hərəkətləri sizə ipucları verə bilərəcək:

1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü endirib-çəkə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq

üçün bəzi davranışları varmı?

4. Güvəcə oturmaq kimi hərəkət davranışı edə bilirmi?

5. "Bəli" və "xeyr" anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özünü qeyri-kafi hiss etməsinə və özünə güvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək  məsləhətdir.

1. Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.

2. Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz bu müddəti asanlaşdıracaq.

3. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu  tualetə edə biləcəyini söyləmək lazımdır.

4. Bu zaman kiçik mükafatlar vermək, onu motivasiya edəcək sözlər istifadə etmək faydalıdır.

5. Bəzi hallarda tualet uşaq üçün uyğun olmaya bilər. Tualetin çox qaranlıq olması, pis iy verməsi  və s. Tualet vərdişi əsnasında tualeti uşağın mənimsəyə biləcəyi formada qura bilirsiniz.