Hündürboy görünmək istəyənlər sınasın


Digərləri 10 Noy 2018 20:50:00 261 0

Hündürboy görünmək istəyənlər sınasın

Əlbəttə ki, hündür boy hər kəsə qismət olmur. Qadınların çoxu bunu özünə kompleks edir, bəziləri gözəlliyini alçaq boyu ilə də vurğulaya biləcəyini düşünür, digərləri isə boyunu hündür göstərməyin yollarını axtarır. Bunun ilk ağıla gələn yolu hündür dabanlı ayaqqabı geyinməkdir. Lakin bununla yanaşı, geyimlərinizlə də hündür boylu təəssüratı yarada bilərsiniz.

V yaxalı koftalar

Sinə dekolteniz nə qədər dərindirsə, bədəninizin yuxarı hissəsi bir o qədər uzun və incə görünəcək. Bununla bərabər, dekolte və koftalarınızın boynunun V şəkilli olması da işinizə yarayacaq.

Monoxrom

Tək rəng geyinmək şaquli bir xətt yaradaraq, gözü yanıldacak və sizi daha uzun boylu göstərəcək.

Kapri geyinməyin

Cins şalvarlar sizin üçün qısa təəssüratı yaradır. Biləklər qıçların ən incə hissəsi olduğu üçün sizi incə də göstərir. Ancaq şalvarınızın boyu çox əhəmiyyətlidir. Qətiliklə kapri geyimlər seçməyin. Yalnız biləyinizin görünməsi kifayətdir.

Şalvarın ayaqlarını qatlamaq

Normal boydakı şalvarlarınızın ayaqlarını 1-2 dəfə qatlayın. Bu şərtlə ki, yalnız biləkləriniz görünsün. Bu da sizi hündür göstərəcək.