Hamilələr bu antibiotiklərdən istifadə edə bilər


Digərləri 10 Noy 2018 19:55:00 270 0

Hamilələr bu antibiotiklərdən istifadə edə bilər

Məlumdur ki, hamiləlik dövründə dərman istifadəsi məsləhət görülmür. Ancaq bəzi hallarda hamilələrə antibiotik yazılır. Bu, nə dərəcədə doğrudur? Hansı hallarda hamilələrə antibiotik təyin edilə bilər? AHamilə qadınların antibiotik istifadəsi haqqında çoxlarına məlum olmayan məlumatları təqdim edirik.

Hansı xəstəliklərdə verilməlidir?

Ana namizədlərinin müxtəlif şikayətlərini aradan qaldırmaq və ya bir xəstəliyə tutulduqda müalicə etmək məqsədi ilə hamiləliyə uyğun dərman və xüsusilə antibiotik müalicəsi təyin edilə bilər. Ən sıx rast gəlinən səbəbləri bu cür sıralanır:

Sidik yolu infeksiyaları (sistit, pyelonefrit) Yuxarı tənəffüs yolu infeksiyaları Sətəlcəm Sinüsit Dəri infeksiyaları Diş və diş əti infeksiyaları İshal və s.

Hamiləlik şübhəsi varsa

Əvvəlcə bu əhəmiyyətli məqamı unutmamalıyıq: hamilə qalmağı planlaşdıran qadınlar bunu mütləq həkimə bildirməlidirlər. Eyni zamanda, hamiləlik şübhəsi varsa, bunu da gizlətməməlidirlər. Beləliklə, həkim onlara antibiotik təyin edərsə, hətta hamilə olduqlarını bilmədikləri halda dərmanın körpəyə zərər verməsinin qarşısını almış olarlar. Hamiləlik şübhəsi olduqda isə hamiləliyə qəti zərər verməyən antibiotiklər təyin edilir. Bununla yanaşı, hamiləliyə zərərli antibiotik təyin edilməsi zəruriliyi yaranarsa, əvvəlcə hamiləlik testi edilməlidir.

Bakterial infeksiyaya qarşı