Yüksək təzyiqdən əziyyət çəkənlər oxusun


Digərləri 10 Noy 2018 19:45:00 249 0

Yüksək təzyiqdən əziyyət çəkənlər oxusun

Yüksək təzyiq qan damarları içindəki yüksək təzyiq, ürək və böyrək xəstəliyi kimi sağlamlıq problemlərinə səbəb olur. Yüksək təzyiq illər boyu əlamətlərini biruzə verməyə bilər. Lakin bu müddətdə göz, böyrək, beyin və ürəkdə ciddi problemlərə səbəb ola bilər.

Yüksək təzyiqin iki tipi var:

Primer hipertoniya - səbəbi bilinməyən yüksək təzyiq əsasən yetişkin dövrlərdə olur

Sekonder hipertoniya - səbəbi olan, lakin bilinməyən vəziyyətdə yaranan yüksək təzyiq. Bunlara böyrək xəstəlikləri, adrenal - böyrəküstü şişlər, tiroid xəstəlikləri, bəzi dərmanlar (doğuş dərmanları, soyuqdəymə dərmanları, kokain və s.), xroniki spirtli içki istifadəsi, yuxu gətirən dərmanlar və s. daxildir

Yüksək təzyiqin risk faktorları:

Yaş: kişilərdə 45, qadınlarda 65-dən sonra risk artır İrq: ağdərili insanlarda daha çoxdur Ailə ilə bağlı Piylənmə Hərəkətsiz həyat tərzi Siqaret Duzu bol olan pəhriz Potasiumdan kasad pəhriz D vitamini çatışmazlığı Spirtli içki Stress Xroniki vəziyyətlər: xroniki böyrək xəstəliyi, yuxu kimi problemlər

Yüksək təzyiq nəzarət altına alınmadıqda bu kimi problemlər yaradır:

1. İnfarkt riski: Yüksək qan təzyiqi damarları sərtləşdirir və qalınlaşdırır. Bu cür vəziyyət infarkta səbəb olur.