GürcüstanAzərbaycan sərhədində 26 ton


Digərləri 10 Noy 2018 19:49:00 215 0

GürcüstanAzərbaycan sərhədində 26 ton

Ötən gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Gürcüstandan ölkəyə idxal edilən 26 ton kartofun zərərli orqanizmlərin aşkar edilməsinə görə geri qaytarıldığını açıqlayıb. Agentlikdən bildirilirdi ki, kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

Lakin ötən gün noyabrın 9-da Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, (gömrük xidməti bu nazirliyin tərkibinə daxildir) Azərbaycandan kartof partiyasının geri qaytarılması faktı qeydə alınmayıb.

"Hazırkı mərhələdə gömrük sərhədində kartofun geri qaytarılması faktı qeydə alınmayıb. Kartofun geri qaytarılması baş verərdisə yük təkrar fitosanitar nəzarətdən keçməli, məhsul partiysının identifikasiyası həyaat keçirilməli və onun labarator müayinələrinin nəticələri təqdim olunmalı idi. Kartofun geri qaytarılması barədə informasiya sonrakı araşdırma üçün Milli ərzaq agentliyinə göndəriləcək"-Maliyyə Nazirliyindən "Gürcüstan Xəbərləri" agentliyinə bildiriblər.