Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər


Digərləri 10 Noy 2018 19:25:00 289 0

Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər

Ağız və diş sağlamlığı orqanizmin sağlamlığını şərtləndirən ən vacib amillərdən biri hesab edilir. Təəssüf ki, əksər hallarda ona lazımınca diqqət yetirilmir. Bu, daha çox uşaqlara aiddir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-stomatoloq Kamil İsayev uşaqlar arasında yayılan stomatoloji xəstəliklər barədə məlumat verib.

Həkim deyib: "Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların hədsiz qəbulu, qida rasionunun gözlənilməməsi, ağız gigiyenasına düzgün əməl etməmək və digər səbəblər diş çürüməsini fəallaşdırır. Eyni zamanda, ağız boşluğunda problem olanların uşağı öpməsi də təhlükə mənbəyidir. Təmas nəticəsində onların ağzından uşağın dodaqlarına bakteriyalar düşə bilər ki, bu da problemin yaranmasına səbəb olar.

Son vaxtlar uşaqlar arasında ən çox rast gəlinən ağız boşluğu xəstəlikləri diş çürüməsi, diş-çənə anomaliyaları, kariyes, selikli qişalarda stomatitlər və başqalarıdır.