Qablaşdırılmış meyvə şirələri ölüm riskini artırır


Digərləri 10 Noy 2018 19:25:00 270 0

Qablaşdırılmış meyvə şirələri ölüm riskini artırır

Şirin suların, o cümlədən qablaşdırılmış meyvə şirələrinin içilməsi 45 yaşdan yuxarı şəxslərdə vaxtından əvvəl ölüm riskini artırır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Emori Universitetinin bir qrup mütəxəssisinin araşdırmasında qeyd edilib. Məlumata görə, təcrübə 6 il müddətində 18 minə yaxın könüllü üzərində aparılıb. Müşahidə nəticəsində məlum olub ki, günə orta hesabla bir litr meyvə suyu içən şəxslər ürək xəstəliklərindən iki dəfə daha çox vəfat edib.