Əllərdəki ləkələri yox edən asan və ucuz


Digərləri 10 Noy 2018 19:15:00 252 0

Əllərdəki ləkələri yox edən asan və ucuz

Əllərin üzərindəki qəhvəyi ləkələr çox vaxt yaş irəlilədikcə meydana çıxır. Amma bu ləkələrin yaranmasında başqa səbəblər də var. Məsələn, günəş şüaları. Bu ləkələri yox etmək üçün daha asan və ucuz başa gələn bir neçə üsul təqdim edirik.

Aloe vera geli

Bildiyiniz kimi, əllərimiz bir çox xarici təsirlərə məruz qalır. Nəticədə günəş və quruluq başda olmaqla digər amillər biz fərqinə varmadan qara nöqtələrin yaranmasına səbəb olur, bu ləkələr də tədricən yavaş-yavaş görünən hala gəlirlər. Bu da əlləri çirkin və  daha yaşlı göstərir.

Əgər hər gün əlinizə bir az aloe vera geli sürtsəniz, dərinizin yavaş-yavaş yenilənməsinə yardımçı ola bilərsiniz. Bu təbii gel qüvvətləndirici təsiri ilə ləkələri yox edərək əl dərisini müalicə edir. Hər gün istifadə edildiyi təqdirdə ən yaxı işə yarayan bir üsul sayılır. Dərinizi günəşdən qoruyur və əllərinizdə vaxtından əvvəl yarana biləcək yaşlılıq əlamətlərinin yaranmasının qarşısını alır.

Limon suyu

Limon suyu antik dövrdən bəri möcüzəvi təsirinə görə istifadə edilən məhsuldur. Dəri ağartmaq kimi möcüzəvi təsiri var. Limon suyunu gecə vaxtı istifadə edin. Çünki limon suyu sürtülmüş dəri günəşlə təmas edərsə, mənfi reaksiya verə bilər.