Pul səadət gətirmir


Digərləri 10 Noy 2018 19:09:00 304 0

Pul səadət gətirmir

Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, hesab edilənin əksinə olaraq, pul səadət gətirmir.

Aylıq qazancı 4500 avrodan yuxarı olan insanlar, qazancı daha aşağı olan insanlardan özlərini daha bədbəxt hiss edirlər.

Gent Universitetinin səhiyyə üzrə iqtisadçısı proffesor Dr. Lieven Annemans və heyəti tərəfindən həyata keçirilən araşdırmaya əsasən, Belçikada aylıq gəlir orta hesabla 1716 avrodur. Cəmiyyətin beşdə biri, ayda 1000-1500 avroya yaşayır.

Araşdırmaya görə, aylıq gəliri 2000-3000 avro olan insanlar özlərini xoşbəxt hiss edirlər. Orta hesablamadan aşağı gəlirə sahib insanlar isə kifayət qədər xoşbəxt deyillər.

Lakin diqqəti ən çox cəlb edən məqam bədbəxtliyin ən çox qazananlar arasında da geniş yayılmasıdır. Aylıq gəliri 4500 avro və ondan yuxarı olan insanlar həyat şərtlərindən daha çox narazıdırlar. Bu insanlar az qazananlara nisbətən özlərini daha bədbəxt hiss edirlər.

Belçikada aylıq qazanc orta hesabla 1716 avrodur. Cəmiyyətin beşdə biri 1000-1500 avro ilə yaşayır.

Professor Dr. Annemans maddi zənginlikdən əldə olunan həzzin adətən qısamüddətli olduğuna diqqəti yönəldir.

Belçikalı tədqiqatçıya görə, yüksək qazanclı insanlar həm işlərindən, həm də sosial çevrələrindən razı deyillər.

"Qazanc stress və tənhalıq da gətirir"