DTX-nin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)


Digərləri 10 Noy 2018 18:01:00 299 0

DTX-nin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

Bakı. Noyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib. DTX-dən Trend-ə verilən məlumata görə, gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş növbəti təntənəli tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə əklil qoydular. Sonra döyüş bayrağı sıra meydanına gətirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və dövlət himni səsləndirildi.