Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək


Siyasət 10 Noy 2018 17:59:00 262 0

Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək

Avropa Şurası baş katibinin müavini Qabryella Battaini-Draqoni (Gabriella Battaini-Dragoni) noyabrın 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

Son.az Report-a istinadən bildirir ki, o, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) İcraçı Komitəsi və Yaradıcı Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) 1999-cu ildə yaradılıb. Təşkilatın əsas fəaliyyəti dopinqsiz idmanın inkişafı etdirilməsi uğrunda çalışmaq, bu məqsədlə elmi tədqiqatlar aparmaq, dünya ölkələri arasında bu sahədəki qanunların eyniləşdirilməsinə nail olmaqdan ibarətdir.

Son.az