VASİF: "İnstaqram səhifəmi Xatirə bağlatdırıb"


Şou-biznes 10 Noy 2018 17:24:00 260 0

VASİF: "İnstaqram səhifəmi Xatirə bağlatdırıb"

Əməkdar artist Vasif Məhərrəmli "Səhər-səhər" verilişinin qonağı olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni İnstaqram səhifəsindən danışıb. Vasif bildirib ki, onun səhifəsini illər əvvəl Xatirə İslam bağlatdırıb:

"Dörd il əvvəl İnstaqram açmışam. Bir-iki şəkil paylaşdım. Yanıma Xatirə gəldi. Gördü ki, qıpqırmızı olmuşam. Deyirəm, Xatirə nə edim? Mənə bir-iki söz yazıblar, həmin adamları necə tapım? Qayıtdı ki, mən yolunu bilirəm, orada nə var ki... Dedim nədir? Deyir, İnstaqramı bağla, vəssalam. Səndən onu işlədən olmaz. Mən də bağladım".