Musiqili Teatrda ustad dərsləri


Kriminal 10 Noy 2018 15:59:00 289 0

Musiqili Teatrda ustad dərsləri

Fransada yaşayan məşhur həmyerlimiz - rejissor Emil Səlimov Musiqili Teatrda olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb.  Media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi - Emil Səlimov barədə geniş məlumat verib.

"Emil Səlimov dünya teatr məkanında xüsusi çəkisi olan insandır. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının "Səhnə rejissorluğu" fakultəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiyada çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərakatlarında hərəkətverici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu "Emil Səlimov metodu" adlı teatr məktəbi fəaliyyət göstərir..." - deyərək Ə.Lalayev sözü və meydanı həmyerlimizə verib.

Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Emil Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.


Xəbərə aid fotolar