Gəncədə qəza törədən sürücü qıcolmadan öldü


Digərləri 10 Noy 2018 15:34:17 187 0

Gəncədə qəza törədən sürücü qıcolmadan öldü

Gəncə şəhəri ərazisində “VAZ” markalı avtomobillər toqquşub

Bakı. Gəncə şəhəri ərazisində “VAZ” markalı avtomobillər toqquşub. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.