Lelya Abdullayeva: Norveçin Bakıdakı səfirliyini bağlaması təəssüf doğurur


Digərləri 10 Noy 2018 14:28:00 234 0

Lelya Abdullayeva: Norveçin Bakıdakı səfirliyini bağlaması təəssüf doğurur

Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyini bağlayacağı ilə əlaqədar məlumat yayıb.

Bakı. Ləman Zeynalova - Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyini bağlayacağı ilə əlaqədar məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Trend-ə açıqlamasında deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu Norveç hökumətinin qərarıdır: "Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən olmuş və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə Azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi - Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib".