Azərbaycanın gündəlik neft hasilatı açıqlandı


Digərləri 10 Noy 2018 12:09:00 210 0

Azərbaycanın gündəlik neft hasilatı açıqlandı

Energetika Nazirliyi oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.  

Son.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel, sentyabr ayında isə 796 min barrel olub.