Atatürkün vəfatından 80 il ötür


Dünya 10 Noy 2018 11:19:00 229 0

Atatürkün vəfatından 80 il ötür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür.

Son.az Report-a istinadən xatırladır ki, Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.

Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər. R.T.Ərdoğan məqbərənin qarşısına ay ulduzlu çələng qoyub, Türkiyənin İstiqlal Marşı oxunub. R.T.Ərdoğan xatirə dəftərini imzalayıb. 

Qeyd edək ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub.

O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk Prezidenti olub.

Atatürk Birinci Dünya müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnikliyə, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.