General Layens: "ABŞ Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələri yüksək dəyərləndirir" FOTO


Siyasət 10 Noy 2018 10:29:00 267 0

General Layens: "ABŞ Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələri yüksək dəyərləndirir"  FOTO

Ötən gün ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakiya səfər edib.

Son.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, General Layens Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

Görüşdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olüb.

General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanıstan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ-ın Azərbaycanı yüksək dəyərləndirdiyini bir daha qeyd edib.


Xəbərə aid fotolar