Ötən gün Azərbaycanda 109 cinayət faktı qeydə alınıb


Digərləri 10 Noy 2018 09:45:00 247 0

Ötən gün Azərbaycanda 109 cinayət faktı qeydə alınıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN Mətbuat xidmətindən Son.az-a bildirilib ki, noyabrın 9-da ölkədə 109 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.