Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar AÇIQLAMA


Digərləri 10 Noy 2018 09:12:00 285 0

Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar AÇIQLAMA

"Azərbaycanda hemofiliyalı xəstələrin dərmanla təminatında bir müddət əvvəl yaranmış problem tam şəkildə aradan qaldırılıb".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib.

N.Seyidovun sözlərinə görə, problemin həlli üçün Azərbaycana əlavə olaraq, 2 milyon ən yüksək səviyyəli, 3-cü nəsil laxtalanma faktorları gətirilib. Bununla yanaşı, bu ilin sonunadək Azərbaycana daha 2 milyon vahid laxtalanma faktorları gətiriləcək.

Nazirlik rəsmisi qeyd edib ki, adətən, ölkəyə dərmanların gətirilməsi üçün müəyyən tenderlər keçirilir, bu proseslə əlaqədar ilin sonunda dərmanların təminatında müəyyən problemlər ola bilir.

N.Seyidov hesab edir ki, bu ilin sonunadək ölkəyə əlavə olaraq, 2 milyon vahid laxtalanma faktorunun gətirilməsi gələn ilin yanvarında da dərmanla təminatda problemin yaranmasına imkan verməyəcək.

Hemofiliyalı xəstələrin dərmanla təminatının dövlət nəzarətində olduğunu vurğulayan N.Seyidov bu xəstələrin laxtalanma faktorları ilə dövlət tərəfindən təmin edildiyini söyləyib: