Süni intellektli ilk bankomat istifadəyə verilib


Digərləri 10 Noy 2018 08:55:00 261 0

Süni intellektli ilk bankomat istifadəyə verilib

Yaponiya mühəndisləri dünyada ilk süni intellektə malik bankomat yaradıblar. Unikal aparat banklara fırıldaqçılardan qorunmağa kömək edəcək.  

Son.az ICTnews-a istinadən bildirir ki, "Hitachi-Omron Terminal Solutions" şirkəti tərəfindən yaradılan bankomat digərləri kimi, bir neçə kamera ilə təchiz edilsə də, onlar "ağıllı" qurğunun ətrafında baş verənləri qeydə almaqla yanaşı, mürəkkəb analiz apara bilən kompüter görmə sistemi üçün göz funksiyasını yerinə yetirirlər.

Məsələn, bankomata tünd eynək və ya maska taxan insan yaxınlaşan zaman qurğu qəribə istifadəçidən həmin şübhəli aksessuarları çıxarmağı xahiş edəcək. İstifadəçi imtina edəcəyi halda bankomat vəsaitlərin nağdlaşdırılması və ya köçürülməsi üzrə əməliyyatların aparılmasına imkan verməyəcək. Bundan başqa, bankomat öz davranışı üzərində öyrənə və ona düzəlişlər edə bilir.