Neyron şəbəkə ciddi xəstəlikləri proqnozlaşdırır


Digərləri 10 Noy 2018 08:41:00 354 0

Neyron şəbəkə ciddi xəstəlikləri proqnozlaşdırır

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNT-yə görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail ola biləcəyi təhsil səviyyəsi kimi keyfiyyətləri proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın "UK Biobank" DNT bazasının - səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNT-ni analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Sınaqlar zamanı kompüter hər insanın boyunu 1 sm dəqiqliklə proqnozlaşdırıb.