Google və Facebook azad interneti dəstəkləyirlər


Digərləri 10 Noy 2018 08:46:00 264 0

Google və Facebook azad interneti dəstəkləyirlər

"Google" və "Facebook" şirkətləri qlobal şəbəkə yaradıcısı Tim Berners-Li tərəfindən təklif olunan yeni internet standartlarına dəstək nümayiş etdiriblər.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət prinsipləri bütün insanların internetə sərbəst çıxışını, internetdən istifadənin məhdudlaşdırılması və ya qadağan olunması üçün bütün cəhdlərdən imtina edilməsini, istifadəçilərin fərdi məlumatlarının təhlükəsizlik və məxfiliyinə hörməti və s. nəzərdə tutan "İnternet sazişi"ndən (Contract for the Web) gedir.

Məlumata görə, sazişi Fransa hökuməti, "Internet Sans Frontières" (Sərhədsiz internet) təşkilatı, milyarder Riçard Brenson və digərləri daxil olmaqla 50-dən çox təşkilat və biznes sahəsi nümayəndəsi dəstəkləyib. Maraqlıdır ki, internet nəhəngi "Amazon" sazişə qoşulmayıb və şirkət nümayəndələri məsələyə aydınlıq gətirməyi düşünmürlər.