4G istifadəçilərinin əksəriyyəti bu ölkədə yaşayır


Digərləri 10 Noy 2018 08:25:00 246 0

4G istifadəçilərinin əksəriyyəti bu ölkədə yaşayır

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi "China Internet Development Report 2018" adlı illik tədqiqatını dərc edib.   Son.az ICTnews-a istinadən bildirir ki, son məlumatlara əsasən, Çində 3,4 milyondan çox "4G" baza stansiyası quraşdırılıb və ölkədə dördüncü nəsil şəbəkəsinin istifadəçi bazası 1,11 milyard nəfər təşkil edir və artmağa davam edir.   Cari ilin ikinci rübündə ölkə ərazisində genişzolaqlı internetə orta giriş sürəti və "4G" şəbəkəsində sürət 20 Mbit/s-ni ötüb. Son ildə ölkədə internetə qoşulmanın sürətində 50%-lik artımı qeydə alınıb.