Güclü leysanların vurduğu ziyana görə nazir istefaya gedib


Digərləri 10 Noy 2018 08:02:00 231 0

Güclü leysanların vurduğu ziyana görə nazir istefaya gedib

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib.

Son.az Trend-ə istinadən bildirir ki, güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.

Nazir "güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını" deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.

Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir.