Güclü leysanların vurduğu ziyana görə nazir istefaya gedib - RƏSMİ


Digərləri 10 Noy 2018 07:42:20 244 0

Güclü leysanların vurduğu ziyana görə nazir istefaya gedib - RƏSMİ

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib

Bakı. Tural Turan - Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib. Trend-in məlumatına görə, güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb. Nazir “güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını” deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.