İordaniyada leysan yağışları nəticəsində azı 7 nəfər ölüb


Digərləri 10 Noy 2018 02:59:00 220 0

İordaniyada leysan yağışları nəticəsində azı 7 nəfər ölüb

İordaniyada güclü leysan yağışları nəticəsində yaranan sel suları azı 7 nəfərin ölümünə səbəb olub.

Bakı. İordaniyada güclü leysan yağışları nəticəsində yaranan sel suları azı 7 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, Krallıq hökumətinin rəsmi nümayəndəsi əhaliyə öz evlərini tərk etmələrini məsləhət görüb. Anomal hava şəraiti Madaba və Maan əyalətlərinə təsir edib.