Göygöldə saxta pulla alış-veriş edənlər saxlanılıblar


Digərləri 10 Noy 2018 00:58:13 280 0

Göygöldə saxta pulla alış-veriş edənlər saxlanılıblar

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bakı. Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əsginas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib. Qadın həmin əsginasları polisə təqdim edib. Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.