"Bu, ABŞa 5 trilyona başa gəldi"


Dünya 09 Noy 2018 23:55:00 303 0

"Bu, ABŞa 5 trilyona başa gəldi"

ABŞ-ın terrorla mübarizə adı altında apardığı müharibə İŞİD və Əl-Qaidə ilə bağlı olan digər terror təşkilatlarını ortaya çıxarıb.

Son.az axar.az-a istinadən bildirir ki, bunu İran Xarici İşlər naziri Cavad Zərif deyib. O, ABŞ-ın terrorla mübarizəsində 500 mindən çox insanın öldüyünü, təkcə 2016-cı ildən bu vaxta qədər 110 min nəfərin həlak olduğunu bildirib. Zərif bu istiqamətdə atılan addımların İraq, Liviya, Yəmən və Suriya kimi ölkələri dağıtdığını söyləyib.