Sovet animasiyasının patriarxı FOTO


Digərləri 09 Noy 2018 23:19:00 293 0

Sovet animasiyasının patriarxı  FOTO

"Doktor Aybolit" doğulanda, həkim, "dünyada heç də ən yaxşı mal deyil" demişdi 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ukrayna və sovet animasiya filmlərinin əsas yaradıcılarından biri həyatdan köçdü. İnsultdan sonra o, iki ay idi ki, reanimasiyada yatırdı. Həkimlər bu müddətdə onun həyatı uğrunda mübarizə apardılar. Ancaq əfsanə getdi... Gözəl dost, səmimi insan, böyük ustad vəfat etdi. Xəstəliyinə qədər o, daim "həyat gözəldir" deyə təkrar edirdi". Bunu, görkəmli multipikator David Çerkassinin yaxın dostu, iş adamı və messenant Aleksandr Melamud sosial şəbəkələrdə paylaşıb.   Sovet animasiyasının patriarxı, unudulmaz "pirat trilogiyası"nın - "Kapitan Vrungelin sərgüzəştləri" , "Doktor Aybolit", "Cəvahirlər adası"nın müəllifini uşaqdan böyüyə kimi hamı tanıyır.  

Animasiyaya maraq

Davidin atası Yan Davıdoviç Ukraynada ədliyyə nazirinin müavini idi. O, vətəndaş müharibəsində iştirak etmişdi. Böyük Vətən müharibəsi zamanı hərbi sənədlərlə işləyirdi. Davidlə anası isə əvvəlcə Çkalova, daha sonra Kuybışevə evakuasiya olunmuşdu. David doğulanda, həkim, "dünyada heç də ən yaxşı mal deyil" demişdi. Bu sözlərin təsdiqi olaraq, balaca Davidlə cürbəcür nadincliklər baş verməyə başladı. O, burnuna düymə saldı, mismar, daha sonra balaca bilyard topu uddu - bir sözlə, valideynlərini "darıxmağa" qoymadı. Müharibədən əvvəl - David uşaq olanda, atası onu Baron Münhauzen haqqında multfilmə baxmağa apardı. Elə o vaxtdan da uşaq animasiyaya vuruldu. O, daim cizgi filmlərinin şəkillərini çəkməyə başladı. Ancaq əvvəlcə özünə inşaatçı peşəsini seçdi və Kiyev Milli Tikinti və Arxitektura Universitetinə daxil oldu. O zaman həm də idmana böyük marağı vardı. Həmçinin idman gimnastikası üzrə birinci dərəcə qazanaraq, tələbələr arasında Ukrayna SSRİ-nin yığma komandasına daxil olmuşdu. Layihə mühəndisliyi ixtisası üzrə universiteti bitirdikdən sonra o, öz sənətini dəyişmədi, şəkillər çəkməkdə davam etdi. 1959-cu ildə Çerkasski böyük multiplikasiya şəkli çəkdi.   "Kiyevfilm" studiyasında animasiya filmləri şöbəsi açmağa hazırlıq getdiyini eşidəndə çox sevindi. O, öz işini studiyaya gətirdi və direktora göstərdi. Onun şəkillərini bəyəndilər və gələcək rejissoru işə götürdülər, əsl rəssamdan isə imtina etdilər. Məhz bu studiyada da məşhur rejissor-multiplikator Aleksandr Tatarski işləyirdi. Rəssamlar "Soyuzmultfilm"də təcrübə həftəsi keçdilər və əsl cizgi filmlərini ölkənin məşhur studiyasında yaranmasının sirlərini öyrəndilər. Ancaq onlar öz yolları ilə getdilər.   "Mənim tərcümeyi-halımı bir neçə dəfə yazıblar, ancaq hər dəfə də hansısa nüansları yaddan çıxarıblar" - deyə görkəmli multiplikator sonuncu müsahibəsində deyib: "Tam koloritli olması üçün əlavə edim ki, mənim yəhudi olduğumu unudurlar. Mənim valideynlərim Kiyevdə yaşayıb. Ancaq anam məni dünyaya gətirmək üçün valideynlərinin yanına, Çerkasskiy vilayətinə gedib. Nənəmlə babam ilk vaxtlar anama kömək ediblər. Ancaq mən 4 aylıq olanda anam atamın yanına qayıdıb. O, ümumiyyətlə, atamdan çox da uzaqda yaşamağı bacarmırdı. Görünür, bu, məhəbbət idi. Biz Puşkin küçəsində böyük kommunal mənzildə yaşayırdıq. Qonşularla ümumi mətbəximiz, hamam-tualetimiz var idi. Mən ümumiyyətlə, uşaqlıqda çox nadinc olmuşam. Ata-anam çox həyatsevər insanlar idi. Ancaq mən öz həyatsevərliyimi necə ifadə etmək lazım olduğunu bilmirdim. Mənə elə gəlirdi ki, anamın atama dediyi kimi, hər şeyi sınaqdan keçirmək lazımdır. Ona görə, əvvəlcə düymələr, daha sonra mismar və uşaq bilyardının toplarını uddum. Mən mismarı udanda, atamın keçirdiyi iclas zamanı otağa daxil olaraq ona, "Yoldaş Çerkasski, oğlunuz mismardan boğulur" - deyiblər. Atamın halı pisləşib. Bizim ikimizi də eyni vaxtda xəstəxanaya aparıblar".   Multiplikasiya sahəsində novator 


Xəbərə aid fotolar