Türkiyədə hərbi sursatın partlaması nəticəsində 25 nəfər yaralanıb


Dünya 09 Noy 2018 23:14:00 269 0

Türkiyədə hərbi sursatın partlaması nəticəsində 25 nəfər yaralanıb

Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursatın partlaması nəticəsində 25 hərbçi yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.