Qadınla kişi münasibətlərinin 10 MÖHTƏŞƏM SİRRİ


Digərləri 09 Noy 2018 22:49:00 434 0

Qadınla kişi münasibətlərinin 10 MÖHTƏŞƏM SİRRİ

Qadın və kişi arasında münasibətlər istər-istəməz hər birimizin marağını çəkən əsas mövzulardan biridir.

Son.az bu yazıda oxucuları tərəf müqabilinizə başqa cür baxmağa imkan verən, eləcə də münasibətlər haqqında təsəvvürləri genişləndirməyə, onları düzgün qurmağa, uzun illər xoşbəxt izdivac yaratmağa və saxlamağa kömək edən sirlərlə tanış edir.

1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.

Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.

Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması - müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.

Kişi diqqəti forması - cəlb olunma prosesidir. Kişi maraqlandığı qadını yeni təəssüratların formalaşması prosesinə cəlb etməyə çalışır. O, hər şeyə istiqamət verməyə çalışır, həmçinin onun fikrincə, diqqətə layiq olan yeni nələrsə təklif edir. Əgər qadın belə şeylərə qulaq asmağı dayandırsa, kişi ona marağını itirir.

2. Qadın və kişi arasında energetik əlaqə səviyyəsi mövcuddur.

Münasibətdə olan insanlar arasında gözəgörünməz kanal yaranır. Əgər insanlar ayrılırlarsa, o, partnyorlardan birinin enerjisi ilə qidalanaraq digərində iztirab doğurmaqla fəaliyyətini davam etdirir. Odur ki, kişi və ya qadın ayrılıq zamanı alternativ olaraq özünü ya yaxşı, ya da pis hiss edəcək. Ayrıldıqda hər şeyə görə, qarşı tərəfə təşəkkür etmək, bağışlamaq və onu minnətdarlıq hissiylə buraxmaq çox vacibdir. Onda əlaqə tədricən yox olacaq.

3. Qadınla münasibətlərə başlamazdan əvvəl kişi anası ilə "boşanmalıdır"!

Ana kişinin həyatında ən birinci qadındır. Hər bir oğlan 12 yaşına qədər anasına sıx bağlı olur. Müəyyən müddət sonra oğlan uşağı atasının himayəsi altına düşür ki, ona kişiliyi öyrətsin. Amma heç də həmişə belə olmur. Bəzən kişi sonrakı illər də əvvəlki kimi anasına sıx bağlı olaraq qalır.

Belə bir ana bəzən özü oğlunu buraxmır, üstəlik onu hansısa qıza etibar etmir. Bunun əvəzinə o, oğlunun həyatının idarəsini öz əlinə alacaq və imkan verməyəcək ki, özü-öz qərarlarını yerinə yetirsin. Həqiqətin gözünə dik baxın, belə bir kişiyə ərə getməyə dəyməz, çünki onunla münasibətlər çətin ki, sizə yaxşı nəsə versin.

4. Bəzən qadın şüuraltı olaraq kişini cəsarətindən məhrum etmək istəyir ki, ondan uzaqlaşmasın.

Təbiət kişi çiyinlərinə yük, tədqiqatçı ruh və novatorluq həvalə edib. Kişilik - maneələrin öhdəsindən gəlmək, yeni əmrlər vermək, yeni kəşflər etmək deməkdir, o evə "qənimət" gətirmək lazım olduqda özünü göstərir. Qadın isə kişinin zamanla həll etməyə çalışdığı tapmaca kimidir. Qadında kişini məhz bu xüsusiyyət cəlb edir. Amma bəzən qadın əndişələnməyə başlayır ki, birdən onun sevgilisi yeni birini araşdırmaq istəyər.

Belə hallarda qadın kişinin öyrənmək istəyini kəsir, bu zaman o, kəşf olunmaq və qulluq istəyən qadının bütün tələbatını ödəyən itaətkar ərə çevrilir. Amma əfsus ki, bu, artıq əsl kişi deyil, çünki belə hallarda onun bütün cəsarəti bir qayda olaraq yoxa çıxır.

5. Kişinin sosial durumu birbaşa qadından aldığı sevgi ilə mütənasibdir.

Gündəlik həyatda və karyerada uğur qazanmaq, daha çoxuna nail olmaq üçün kişiyə böyük dəstək və sevgi verin. Bu, həm də oğul analarına aiddir.