Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar


Kriminal 09 Noy 2018 22:15:00 243 0

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.