Armudun meyvəsi, şirəsi və yarpağı müalicə vasitəsi kimi tətbiq edilir


Digərləri 09 Noy 2018 22:04:00 392 0

Armudun meyvəsi, şirəsi və yarpağı müalicə vasitəsi kimi tətbiq edilir

Armud eramızdan üç min əvvəl yetişdirilməyə başlanılıb və şumer həkimləri onu müalicə məqsədilə tətbiq ediblər. Homerin "Odisseya" əsərində armud haqqında xatırlatma verilir. Hətta qədimdə rus kəndliləri armudu qurudur, onu toz halına salaraq şirin kökə bişirirdilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, armud orqanizmə möhkəmləndirici, sidikqovucu, dezinfeksiyaedici, qızdırmasalıcı, öskürək və iltihab əleyhinə təsir göstərir. Bu məqsədlə bitkinin nəinki təzə, həmçinin quru meyvələri və şirəsindən də istifadə edilir. Şəkərli diabet xəstələrinə onu müalicəvi qida kimi verirlər. Tər yarpaqlarında fungisit təsir göstərən maddələr var.

Armud mədəaltı vəzin fəaliyyətinin pozulması zamanı tətbiq edilir. Tərkibinə daxil olan unikal efir yağları və bioloji aktiv maddələrin hesabına immun sistemin müqavimətini artırır, infeksiyalara dayanıqlığı təmin edir. Armud xroniki yorğunluqda, başgicəllənmədə, taxikardiyada, ağır fiziki yüklənmədə, iştaha pozulanda, yaraların sağalması, həm də anemiya zamanı geniş istifadə olunur.