Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar


Digərləri 09 Noy 2018 22:03:46 315 0

Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bakı. Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.