Azərbaycan dilinin saflığının keşiyində


Digərləri 09 Noy 2018 21:45:00 56 0

Azərbaycan dilinin saflığının keşiyində

Azərbaycan dilinin saflığının keşiyindəPrezident İlham Əliyevin imzaladığı fərman dövlət dilindən istifadənin təkmilləşdirilməsi, ədəbi dil normalarının qorunmasını istiqamətində atılan mühüm addımdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlanıb, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya, Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib. Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 29 may tarixli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2013-cü il 9 aprel tarixli, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Cari il noyabr ayının 1-də Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" yeni Fərman imzalayıb. Fərmanda indiyə qədər Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində görülən işlər vurğulanmaqla yanaşı, bu sahədə qarşıda duran vəzifələr də diqqətə çatdırılıb. Qeyd olunub ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Fərmanda bildirilib ki, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılması fərmanda qeyd olunub. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"nın hazırlanıb bir ay müddətində təsdiq edilməsi də fərmanda əksini tapıb. Bununla yanaşı, Monitorinq Mərkəzinin nizamnaməsinin, Mərkəzin strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun iki ay müddətində təsdiq edilməsi, həmçinin mərkəzin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılması və zəruri maddi-texniki təminat məsələlərinin həll edilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Son olaraq isə fərmanda bildirilib ki, kütləvi informasiya vasitələrində (KİV), internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflər hazırlanıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edilsin.


Xəbərə aid fotolar

Sex yanıb, xəsarət alan var like
  • 09 Noy 21:40  
Digərləri Sex yanıb, xəsarət alan var

Abşeron rayonunun Xırdalan şəhərində sex yanıb. Fövqəladə Hallar Nazir

arrow Ətraflı
Xırdalanda sex yanıb like
  • 09 Noy 21:30  
Digərləri Xırdalanda sex yanıb

Abşeron rayonunun Xırdalan şəhərində sex yanıb

arrow Ətraflı
Azərbaycan universitetlərində qəribə qadağalar like
  • 09 Noy 21:25  
Digərləri Azərbaycan universitetlərində qəribə qadağalar

Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları

arrow Ətraflı
Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik like
  • 09 Noy 21:15  
Digərləri Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik

Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün

arrow Ətraflı
Xalq artistinin adını daşıdığı nəvəsi  FOTO like
  • 09 Noy 21:10  
Kriminal Xalq artistinin adını daşıdığı nəvəsi FOTO

Son.az mərhum xalq artisti Telman Adıgözəlovun nəvəsinin fotolarını təq

arrow Ətraflı
BakıTbilisiQars dəmir yolu Naxçıvana qədər uzadılacaq like
  • 09 Noy 21:05  
Digərləri BakıTbilisiQars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası

arrow Ətraflı
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq (ÖZƏL) like
  • 09 Noy 21:00  
Digərləri Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq (ÖZƏL)

Bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparıl

arrow Ətraflı