"Dedi orada açıqsaçıq səhnələr var..." Amaliya Pənahovanın əsas arzusu niyə gerçəkləşmədi? FOTO


Kriminal 09 Noy 2018 21:00:00 298 0

"Dedi orada açıqsaçıq səhnələr var..."  Amaliya Pənahovanın əsas arzusu niyə gerçəkləşmədi?  FOTO

Xalq artisti Amaliya Pənahovanın bir arzusu da filmdə Təhminə rolunu oynamaq idi.

Son.az bildirir ki, uzun illər öncə teatrda "Təhminə və Zaur" tamaşasında Təhminəni oynayan aktrisa eyniadlı filmdə də çəkilmək istəyib. Aktrisa müsahibələrindən birində bu haqda bildirmişdi:

"Anarın "Təhminə və Zaur"u ürəyimdə qalıb. Oradakı obrazları canlandıran ilk dəfə Fuad Poladovla mən olmuşam. Zaqafqaziya Teatr Festivalında bu obrazlarımıza görə mükafat aldıq. Film çəkilməzdən əvvəl Rasim Ocaqov beş dəfə gəlib tamaşalara baxdı, amma məni sınağa dəvət etmədi. Türkiyədə olarkən Ocaqov mənə dedi ki, sən böyük sənətkarsan. Dedim səndən incimişəm, tamaşalara o qədər gəldin, amma heç sınağa da dəvət etmədin. Dedi orada açıq-saçıq səhnələr vardı, sənə deməyə qorxdum. Dedim onun da həllini tapardıq, istedadlı ifadan çox şey asılıdır", - deyə bildirmişdi.


Xəbərə aid fotolar