Bakı küçələrində acından qum yeyən ana: "Oğlum deyirdi, get, dilən, pul gətir, axşam uşaqlarla çay içəcəyəm…" REPORTAJ FOTO


Digərləri 09 Noy 2018 20:14:00 45 0

Bakı küçələrində acından qum yeyən ana: "Oğlum deyirdi, get, dilən, pul gətir, axşam uşaqlarla çay içəcəyəm…"  REPORTAJ  FOTO

Atam məni 26 yaşında ərə verməyə hazırlaşırdı. Yaşıma görə əvvəl etiraz etməmişdim. Amma sonra bildim ki, məni 63 yaşlı ailəli, oğul-uşaq sahibi bir kişiyə verəcək. Elə o vaxtdan bu günə kimi çəkdiklərimi bir Allah bilir.

Bu dəfə həyat tarixçəsini sizinlə paylaşacağımız qadını, R.İ.-ni (ad şərtidir - red.) çoxları sosial şəbəkələrdən tanıyır. Bu xanım illərdir küçələrdə yaşayıb. 10 gün əvvəl isə şəhər sakinlərindən biri onu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın yanına gətirib. Bundan sonra baş verənləri isə, gəlin, qadının öz dilindən eşidək.

Son.az oxu.az-a istinadən dilənmədiyi üçün küçələrə atılan 53 yaşlı ananın həyat hekayəsini təqdim edir:

Sığınacağa gedəndə qapını üzümüzə məhz R. açdı. Deyir ki, hər qapı döyüləndə qaçır ki, bəlkə, oğlu gəlib:

"Bizim ailə geniş olub. Atamın imkanı yaxşı idi. Amma Allahın qisməti elə olub ki, anam ard-arda yeddi qız uşağı dünyaya gətirib. Atam buna görə həmişə anamı boşanmaqla hədələyib. Sonra ailəyə üç oğlan gəldi və bu söhbət bir az aradan götürüldü. Babam anama dəstək olmaq üçün rəhmətə getməzdən qabaq anamın adına bir mülk vəsiyyət etmişdi.

Amma sənədləri düzəldə bilməmişdik deyə ev əlimizdən çıxdı. Atam da babamdan sonra laqeyd olmağa başladı. 1996-cı ildə məni istəmədiyim halda 63 yaşlı nəvə sahibi bir kişiyə ərə verdi. Onda mənim 26 yaşım vardı, anam da buna heç nə deyə bilmədi. 

Daha dəqiq desəm, o vaxt pul qarşılığında məni o kişiyə verdilər. Yoldaşım Nəsimi bazarında satıcı işləyirdi, pis-yaxşı dolanırdı. Evimiz yox idi. Köhnə bir vaqonun içərisində qalırdıq. Sonra bir oğlumuz oldu.

Bu zülümlə yağış üstümüzə yağa-yağa yaşayırdıq. 1997-ci ilə qədər Feyzulla Qasımzadə küçəsində olurduq, sonra gəldik İmran Qasımov 6 ünvanında köhnə bir hamama. "JEK" evləri olduğundan sənəd olmurdu. İllər sonra köhnə pulla 1500 manata yoldaşım o uçuq-sökük daxmanı aldı. 1998-ci ildə bizə demişdilər ki, bu ərazilər plana düşəcək, sizə də kiçik bir ev verəcəklər.

Ərazi plana düşdü, mənim bir otaqlı evimi sökdülər. Oranı alan şirkət rəhbəri dedi, mənə pul vermir, amma ev verəcək. Nə ev verdilər, nə pul. Məni atdılar küçələrə. Oğlum da zülümlə böyüdü, sonra əsgər getdi. 82 yaşında yoldaşım öldü. Artıq 2-3 ilə yaxınlaşır ki, mən küçələrdəyəm".

"Oğlum deyirdi, get, dilən, pul gətir, axşam uşaqlarla çay içəcəyəm..."

R. deyir ki, oğlunun əsgərlikdən gəlməsini nə xəyallarla gözləyib. Amma heç nə düşündüyü kimi olmayıb:

"Oğlum əsgərlikdən gələndən sonra 10-15 gün bir balaca yer tapdı, orada kirayədə qaldıq. Bir ay özü verdi evin pulunu. Sonra dedi, get, işlə, dilən, evin pulunu ver. Bacarmırsansa, çıx, get bu evdən. Yoldaşım öləndən sonra oğlum da qəddar oldu. 22 yaşı var, nə vaxtsa səhvlərini, bəlkə, də dərk edəcək. Amma artıq mən nə halda olacam, onu bir Allah bilir".

"Məni küçə qadını hesab edirdilər, çox utanırdım..."

Danışdıqca gözləri dolur, səsi əsirdi. İki ildir küçələrdə, Koroğlu parkındakı qoşa küknar ağacının altında yaşayan R. sanki söhbət əsnasında o soyuğu bədənində hiss edirdi. Ona baxanda yaşadıqlarının onun sinir sisteminə ciddi təsir etdiyini hiss etmək olurdu. O deyir ki, iki il küçədə yarıac, yarıtox yatıb, amma heç kimdən heç nə dilənməyib:

"Koroğlu parkında iki küknar ağacının altında yatırdım. Quru çörək qoyurdular ağacın altına, yağış yağanda onları tuturdum suyun altında ki, yumşalsın, yeyim. Dişlərim yoxdu, bərk heç nə yeyə bilmirdim. Yaxınlıqda kafe vardı. Hərdən oranın sahibi yemək qalıqlarını, bir də iki stəkan isti çay verirdi. 5-10 dəqiqə kafedə bir küncdə oturub canımı qızdırırdım. Sonra yenə qayıdırdım o iki ağacın altına.


Xəbərə aid fotolar

İki maşın toqquşub, 3 nəfər yaralanıb like
  • 09 Noy 20:09  
Digərləri İki maşın toqquşub, 3 nəfər yaralanıb

Hacıqabul rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
Çörəyin kif olan hissəsini kəsəndən sonra təmiz hissəsini yemək olarmı?  VİDEO like
  • 09 Noy 20:04  
Digərləri Çörəyin kif olan hissəsini kəsəndən sonra təmiz hissəsini yemək olarmı? VİDEO

Alimlər sübut edir ki, çörəyin, meyvə və tərəvəzlərin, yumşaq pendir

arrow Ətraflı
Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər? like
  • 09 Noy 19:54  
Digərləri Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?

Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?

arrow Ətraflı
Cahangir Hacıyevin cəzaçəkmə müddətinə köçürülmə müddəti artırılıb like
  • 09 Noy 19:52  
Digərləri Cahangir Hacıyevin cəzaçəkmə müddətinə köçürülmə müddəti artırılıb

Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbs

arrow Ətraflı
Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb like
  • 09 Noy 19:30  
Digərləri Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb

Somalidə Sahafi Hotel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatm

arrow Ətraflı
Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb like
  • 09 Noy 19:29  
Digərləri Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb

İl ərzində dünyanın 101 ölkəsində 800-ə yaxın ağır əməliyyat apara

arrow Ətraflı
Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb like
  • 09 Noy 19:10  
Dünya Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb

Somalidə otel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nə

arrow Ətraflı