Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?


Digərləri 09 Noy 2018 19:54:00 41 0

Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?

Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər? Ekspertin fikrincə, sistem tətbiq olunmazdan əvvəl müxtəlif modellər nəzərdən keçirilməlidir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlər haqqında danışarkən deyib ki, tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər. V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: "Problemləri mərhələli şəkildə - qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır. Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır".

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: "Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub".

Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: "Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər".


Xəbərə aid fotolar

Cahangir Hacıyevin cəzaçəkmə müddətinə köçürülmə müddəti artırılıb like
  • 09 Noy 19:52  
Digərləri Cahangir Hacıyevin cəzaçəkmə müddətinə köçürülmə müddəti artırılıb

Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbs

arrow Ətraflı
Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb like
  • 09 Noy 19:30  
Digərləri Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb

Somalidə Sahafi Hotel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatm

arrow Ətraflı
Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb like
  • 09 Noy 19:29  
Digərləri Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb

İl ərzində dünyanın 101 ölkəsində 800-ə yaxın ağır əməliyyat apara

arrow Ətraflı
Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb like
  • 09 Noy 19:10  
Dünya Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb

Somalidə otel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nə

arrow Ətraflı
İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb  FOTO like
  • 09 Noy 19:05  
Digərləri İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin

arrow Ətraflı
Saxta pulla alışveriş edənlər tutuldu like
  • 09 Noy 19:00  
Digərləri Saxta pulla alışveriş edənlər tutuldu

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşla

arrow Ətraflı
İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb (FOTO) like
  • 09 Noy 18:58  
Digərləri İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin

arrow Ətraflı