Sənətdə iz qoyan qüdrətli qadın


Kriminal 09 Noy 2018 19:44:00 58 0

Sənətdə iz qoyan qüdrətli qadın

Son.az kaspi.az-a istinadən Təranə Məhərrəmovanın yazısını təqdim edir.

Orta məktəbdə oxuyurdum. "Bakıdan teatr kollektivləri gəlib" deyərək,  məktəblərdə şagirdlərə bilet paylayırdılar. O zaman məktəblilərin tamaşalara aparılması az qala tədrisin bir hissəsi sayılırdı. Lənkəran şəhər Mədəniyyət Evində görkəmli dramaturq İlyas Əfəndiyevin "Büllur sarayda" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxdım. Amalya Pənahova baş qəhrəmanı - Aynuru oynayırdı. Məlahətli səsi, üstəlik, ifasında səslənən və tamaşaya ayrıca gözəllik qatan mahnıları da indiyədək qulağımdadır. Aktrisanın hər hərəkətinə diqqət kəsilmişdim. Ona qədər isə Amaliya xanımın füsunkar səsini televiziyada oynadığı tamaşalar və filmlərlə bərabər, müxtəlif filmlərdə səsləndirdiyi rollardan, dublyajdan eşitmişdim. Çəkildiyi filmləri - "Babək"i , "Arxadan vurulan zərbə"ni, "Əhməd hardadır?", "Sən niyə susursan?"ı görmüşdüm. Televiziyadan izlədiyim "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm", "Sən həmişə mənimləsən" tamaşaları da yaxşı yadımda idi. Ona görə də, indi onu səhnədə canlı görmək, o zaman mənim üçün az qala inanılmaz hadisə idi. Mən səhnəni heyranlıqla izləyir, tamaşanın bitməsini istəmirdim... 

Sonradan həm tələbəlik illərindən çalışdığı Milli Dram Teatrın səhnəsində, həm rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının səhnəsində aktrisanın oynadığı tamaşaları canlı izlədim. Hətta həyat elə gətirdi ki, jurnalist fəaliyyətimdə ekran qəhrəmanımla üz-üzə oturub, ondan müsahibə aldım. Lap aktrisanın oynadığı "Ən vacib müsahibə" filmində olduğu kimi...

Dünən səhərə açılar-açılmaz elektron və sosial media "Amaliya Pənahova vəfat etdi" başlıqlı xəbərlər paylaşdı. Heç şübhəsiz, sənətsevərlər, aktrisanın sənətinə yaxından bələd olanlar bu ölümü Azərbaycanın teatr və kino sənəti üçün böyük itki hesab edirlər. Həqiqətən, Amaliya Pənahovanın gedişi ilə milli teatr və kino sənətimizin qiymətli  bir səhifəsi qapandı...

O, Azərbaycan teatr və kino sənətinin böyük aktrisası idi. Səhnəmizin Mərziyyə Davudova, Hökümə Qurbanova, Fatma Qədri, Leyla Bədirbəyli... kimi böyük sənətkarlarından sonra tamaşaçılara layiqli sənət bəxş etmək missiyası sanki onun çiyinlərinə düşmüşdü. O da bu vəzifəni həmişə ləyaqət və məsuliyyətlə yerinə yetirirdi.   Bu, həm də tale idi...    Amaliya Pənahova Gəncə şəhərində anadan olub. Qonşuluqlarında yerləşən teatr binasından gələn aktyorların səsi, ona uşaqlıqan təsir edib. Üstəlik, atasının teatra marağı da onun bu sənət dünyasına vurğunluğunu artırıb. Vaxt tapdıqca aktyorların məşqlərinə baxmağa qaçıb, onların tamaşalarını sonsuz uşaq marağı ilə izləyib. Teatra ilk sevgisi belə yaranıb. Sonradan isə "Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur" deməyi haqq edəcəkdi.

Atası Moskva Kinematoqrafiya İnstitutunda oxumaq arzusuna qarşı çıxsa da, Bakıda bu sahədə təhsil almaq istəyinə mane ola bilmədi.  1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasına daxil oldu. Bəxtindən Adil İsgəndərov, Tofiq Kazımov kimi azman sənətkarlardan dərs almaq ona nəsib oldu. Elə qarşısında açılan qapılara görə də, Tanrısına şükranlıq etdi: "Bu, həm də tale idi. İnstitutun rektoru Rahib müəllimin qarşıma çıxması, Adil İsgəndərovun kursunda oxumağım, Tofiq müəllimin mənimlə kurs tamaşası hazırlaması və üstəgəl, teatrda "Sən həmişə mənimləsən" kimi yeni üslublu bir əsərin qəbul olunması... Görün, nə qədər uğurlu təsadüflər üst-üstə düşür. Bu, şans idi. Tofiq müəllim pyesi oxumağımı və öz qeydlərimi etməyi tapşırdı. Oxudum, qeydlərimi də etdim. Kazımov məni ölkənin əsas teatrında qoyulan və hər mənada yeni sayılan tamaşaya baş rola dəvət etdi. Mən bu şansı əldən verə bilməzdim".

Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb like
  • 09 Noy 19:30  
Digərləri Somalidə terror aktı nəticəsində azı 17 nəfər ölüb

Somalidə Sahafi Hotel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatm

arrow Ətraflı
Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb like
  • 09 Noy 19:29  
Digərləri Diyeqo Qonsales Rivasın adı müasir tibb tarixinə düşüb

İl ərzində dünyanın 101 ölkəsində 800-ə yaxın ağır əməliyyat apara

arrow Ətraflı
Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb like
  • 09 Noy 19:10  
Dünya Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb

Somalidə otel yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nə

arrow Ətraflı
İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb  FOTO like
  • 09 Noy 19:05  
Digərləri İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb FOTO

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin

arrow Ətraflı
Saxta pulla alışveriş edənlər tutuldu like
  • 09 Noy 19:00  
Digərləri Saxta pulla alışveriş edənlər tutuldu

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşla

arrow Ətraflı
İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb (FOTO) like
  • 09 Noy 18:58  
Digərləri İDEA Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salıb (FOTO)

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin

arrow Ətraflı
Rus kəşfiyyatçılarına pis xəbər: like
  • 09 Noy 18:52  
Dünya Rus kəşfiyyatçılarına pis xəbər:

Rusiyanın hərbi kəşfiyyat rəhbərlərinə qarşı sanksiya tətbiq edilə b

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 09 Noy 18:48  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Ölkə şou-biznesinin tanınmış simaları bu gün də ən yeni şəkillərini

arrow Ətraflı
Stiven Hokinqin 22 əşyası auksionda satıldı like
  • 09 Noy 18:44  
Digərləri Stiven Hokinqin 22 əşyası auksionda satıldı

Mart ayında vəfat edən ingilis fizik Stiven Hokinqin 22 şəxsi əşyası au

arrow Ətraflı