Saxta pulla alışveriş edənlər tutuldu


Digərləri 09 Noy 2018 19:00:00 229 0

Saxta pulla alışveriş edənlər tutuldu

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Son.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əskinasları polisə təqdim edib.