Cinayətkarların günü "qara gələcək"


Digərləri 09 Noy 2018 18:00:00 316 0

Cinayətkarların günü "qara gələcək"

Bu alqoritm hər hansısa bir şəxsin hətta yeriş tərzini dəyişdikdə belə onu tanıya bilir.

Bu cür sistemlər bir çox ölkələrdə hazırlanır. Lakin məhz Çində bu sistem ilə artıq polislər maraqlanırlar. İstənilən insanın tanınması üzrə hazırlanan yeni sistem Çinin Watrix şirkəti tərəfindən təqdim edilib. Şirkətin verdiyi məlumata əsasən onun hazırladığı bu sistem insanı 50 metr məsafədən onun görünüşü və yeriş tərzinə görə tanıya bilir.

Son.az Technote-ə istinadən bildirir ki, bu yeni sistemin dəqiqliyi yalnız insan üzünün skan texnologiyasının dəqiqliyindən geri qalır. Lakin buna baxmayaraq yeni sistem 94% ehtimalda insanı düzgün şəkildə tanıya bilir. Şirkətin verdiyi məlumata əsasən iki identifikasiya texnologiyasının birləşməsi istənilən insanın şəxsiyyətinin maksimal dəqiqliklə təyin olunmasına yardımçı olur. Məlumata əsasən bu sistemin süni zəkasını aldatmaq qeyri-mümkündür. Əgər hansısa şəxs əyilsə, üzünü çevirsə, üzünü hansısa digər üsulla gizlətsə və hətta yeriş tərzini də dəyişsə, o, alqoritmi aldada bilməyəcək. Çünki alqoritm həmin şəxsin tam siluetini və yeriş tərzini analiz edir.