Cahangir Hacıyevin həbs müddəti uzadıldı


Digərləri 09 Noy 2018 18:02:00 288 0

Cahangir Hacıyevin həbs müddəti uzadıldı

Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az bildirir ki, bu barədə Report-a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin həbs müddəti daha iki ay artırılıb.