Rusiya ətrafında yeni diplomatik münaqişə


Dünya 09 Noy 2018 18:04:00 278 0

Rusiya ətrafında yeni diplomatik münaqişə

Avstriyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki saxlanılıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri Avstriya Müdafiə Nazirliyində olan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, polkovnik Avstriya Hərbi Hava Qüvvələri, artilleriya sistemləri, miqrasiya böhranı, o cümlədən bir sıra yüksək rütbəli hərbçilər haqqında məlumatlar toplamalı imiş. Və ayda 2 dəfə Rusiyadan olan Yuri adlı şəxslə görüşməli imiş.

Qeyd olunur ki, Zaltsburqdan olan hərbçi 1990-cı ildən bu günədək Rusiyanın xeyrinə casusluq edib və bunun müqabilində 300 min avro (600 min manat - red.) qazanıb