İŞİD Melburndakı hadisənin məsuliyyətini öz üzərinə götürdü


Dünya 09 Noy 2018 17:46:00 254 0

İŞİD Melburndakı hadisənin məsuliyyətini öz üzərinə götürdü

İŞİD terrorçu qruplaşması Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla kütləyə hücumunun məsuliyyəti öz üzərinə götürüb. 

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Xatırladaq ki, Melburnda bir avtomobilin ticarət mərkəzinə çırpılıb alovlanması ilə bağlı hadisə yerinə gələn polis əməkdaşları əlində bıçaq olan və "Allahu əkbər" qışqıran naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə üç nəfər mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Həmçinin terrorçu polisin açdığı atəş nəticəsində güllə yarası alaraq daha sonra xəstəxanada ölüb.