Milli Dram Teatrı Zaqatala, Balakən və Qaxda “Vəsiyyət” tamaşasını təqdim edib (FOTO)


Digərləri 09 Noy 2018 17:41:18 263 0

Milli Dram Teatrı Zaqatala, Balakən və Qaxda “Vəsiyyət” tamaşasını təqdim edib (FOTO)

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib.

Bakı. Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edib. Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli qara komediyanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.