Google şirkəti 2 yeni smartfon təqdim edə bilər


Digərləri 09 Noy 2018 17:37:00 249 0

Google şirkəti 2 yeni smartfon təqdim edə bilər

Gələn ilin əvvəlində Google şirkəti iki cihaz təqdim edə bilər.

Son.az Technote-ə istinadən bildirir ki, şirkətin yeni cihazları Bonito və Sargo kod adlarına sahibdirlər.

Sargo kod adına sahib cihaz barəsində məlumatlar ilk dəfə ortaya çıxırsa, Bonito kod adına sahib cihaz barəsində məlumatlar hələ Google Lens tətbiqinin yenilənməsində aşkar edilmişdi. Sözügedən cihazlar barəsində məlumatlar şirkətin ARCore platformasında aşkar edilib.